CƏMİYYƏT


Narkotik maddələrin satışı ilə məşğul olan “məhbəs dostlar”ı tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Fuad Dursnar üzərində narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 14,482 qram heroin və 0,075 qram psixotrop maddə metamfetamin aşkar olunar götürülüb. F.Dursnarın ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, o, narkotik vasitələri cəzaçəkmə müəssisəsində tanış olduğu Faiq adlı şəxsdən 300 manata alıb.