CƏMİYYƏT


Narkomanlıq məni “canlı ölü”yə çevirdi

Narkomaniya müasir dünyamızın ən ciddi problemlərindən birinə çevrilib. Azərbaycan da bu qlobal faciədən kənar deyil. Puç olan insan taleləri, dağılan ailələr, faciə və göz yaşları. Narkotika aludəçilərinin söhbətləri, etirafları acı həyat hekayələri təsiri bağışlayır. Onların əksəriyyəti peşimançılıq hissləri keçirir. AZƏRTAC-da narkomaniya ilə mübarizəyə dəstək olaraq “Həyat hekayələri” layihəsi fəaliyyət göstərir. Yaradıcı qrupumuz bu silsilədən narkomaniyanın qurbanına çevrilmiş şəxslə söhbət edib.