CƏMİYYƏT


Qəbələdə ağır qəza: 2 ölü, 8 yaralı

Qəbələ rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər gənc oğlan dünyasını dəyişib, 8 nəfər ağır xəsarət alıb. AZƏRTAC xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda, Zarağan kəndi ərazisində qeydə alınıb.