CƏMİYYƏT


Qripə yoluxmamaq üçün nə etməli

Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları da qaçılmaz olur. Belə olan halda nə etməli? Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, soyuq hava şəraitində immun sistemi zəifləyir. İnsanın qripə daha asan və tez yoluxma təhlükəsi yaranır. Bu məqsədlə birinci növbədə geyimə diqqət yetirilməlidir. Eyni zamanda vitaminlərlə zəngin olan meyvə-tərəvəzdən istifadə edilməlidir.