CƏMİYYƏT


Qusarlı həkimlər bədbəxt hadisə zamanı ağır xəsarətlər alan Rusiya vətəndaşının həyatını xilas edib

Qusar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Mahir Bədəlov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevralın 28-də üzərinə ağır dəmir materialın aşması nəticəsində yaralanan Nikita Şepelyov təcili tibbi yardım maşını ilə səhiyyə müəssisəsinə çatdırılıb.