CƏMİYYƏT


“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aprelin 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.