CƏMİYYƏT


Xaçmazda ağacəkmə aksiyaları çərçivəsində 10 minə yaxın ting əkiləcək

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə Xaçmaz rayonunda mart ayına kimi 10 minə yaxın ağac əkiləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 5-də keçirilən “Hərəyə bir ağac əkək” aksiyasında YAP Xaçmaz rayon təşkilatının 300-dən çox üzvü iştirak edib.