CƏMİYYƏT


Bakı-Qazax magistral yolunda iritonnajlı yük maşını yanıb

Hadisə ötən axşam saat 11 radələrində baş verib. Belə ki, Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi TIR Bakı-Qazax yolunun Ucar rayonunun "Dördyol" adlanan ərazisində hərəkətdə olarkən qəflətən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.