CƏMİYYƏT


Qax rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Respublikamızın şimal-qərb bölgəsinin digər rayonları kimi, Qaxda da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayonun 55 mindən çox sakini faydalanacaq.