CƏMİYYƏT


Laçınının yaylaqlarının əsrarəngiz mənzərəsi

Bahar fəslində yaşıllaşan Laçın dağlarındakı yaylaqlar füsunkar mənzərəsi ilə insanı valeh edir. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malik olan ərazilərin bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən, subalp və alp çəmənliklərindən ibarətdir.​ Laçının gözəllər gözəli olan Qırxqız yaylağı da yaşıl mənzərəyə malik olmaqla bitki örtüyü ilə zəngindir. Yaylağın bir​ hissəsi buludla örtülərək diqqət çəkdiyi halda digər hissəsi yaşıllğı ilə göz oxşayır.