SİYASƏT


GÜNÜN MÖVZUSU: Qazaxın 4 kəndi Azərbaycanın nəzarətində

Bu gün çox önəmli xəbərlər aldıq. Artıq Azərbaycan sərhədçiləri Qazaxın 4 azad edilmiş kəndini nəzarətə götürüblər. Belə ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarəti altındadır. Elə mövzumuz da günün bu xəbəri ilə bağlı olacaq. Müzakirəmizi studiyamızın qonağı hərbi ekspert Ədalət Verdiyevlə etdik.