CƏMİYYƏT


Nic qəsəbəsində Milad bayramı

İsa peyğəmbərin mövludu günü - Milad bayramı Qəbələ rayonunun Nic qəsəbəsində udilər tərəfindən də qeyd edilib.
AZƏRTAC xəbər verir ki, qəsəbədə yaşayan udilər bayramdan bir gün əvvəl evlərində müxtəlif yeməklər və şirniyyatlar bişiriblər. Bayram günü səhər saatlarında böyükdən kiçiyə hər kəs qəsəbə ərazisində olan “Cotari” kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıblar.