CƏMİYYƏT


Dairə seçki komissiyalarına gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbalı seçki bülletenləri təqdim edilib

Mən bütün seçkilərdə həvəslə iştirak edirəm. Çünki bu, hər bir vətəndaşın konstitusion hüququdur. Əvvəllər seçkiyə mütləq yanımda kiminləsə gedirdim. Gözlərim görmədiyindən həmin adamdan soruşurdum ki, haraya qol çəkmək lazımdır. Səs vermək istədiyim namizədin adını dedikdən sonra mənə uyğun qrafanı göstərirdilər və səs verirdim. Amma indi daha yaxşı şərait yaradılıb. Brayl əlifbalı seçki bülletenləri çap olunub. Mən də hamı kimi, bülletendə adları özüm oxuyuram və kimə istəyirəmsə səs verirəm. Kimə səs verdiyimi də başqa heç kim bilmir. Bu, mənim hüququmdur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz sakini, I qrup əlil Musa Paşayev bildirib.