CƏMİYYƏT


KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, “Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş tədbirdə KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təmsilçiləri iştirak ediblər.